IMG-LOGO

Oljas Bektenov: Qazaxıstan və Azərbaycan bu il Orta Dəhlizin inkişafına dair saziş imzalayacaq

02 Apr 2026 11:46 3 baxış
IMG

Qazaxıstan 2026-cı ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində Azərbaycanla hökumətlərarası saziş imzalamaq niyyətindədir.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artan geosiyasi gərginlik fonunda regionun ərzaq və enerji təhlükəsizliyini təmin edən ticarətdə və mal tədarüklərində fasilələr yaranır:

"Bu baxımdan, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ən etibarlı və təhlükəsiz tranzit dəhlizlərindən biri kimi nəzərdən keçirilir. Orta Dəhlizin institusional statusunun artmasına uyğun olaraq, bu il Azərbaycanla müvafiq hökumətlərarası saziş imzalamaq niyyətindəyik".

Xəbər lenti