IMG-LOGO

Ömüralıyev: TDT çərçivəsində investisiya sazişi üzrə danışıqlar başlayıb

02 Apr 2026 12:58 3 baxış
IMG

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr xidmət və investisiyaların təşviqinə dair sazişlə bağlı danışıqlara başlayıb.

"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev təşkilata üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.

"Biz artıq xidmət və investisiyaların təşviqinə dair mühüm sazişlə bağlı danışıqlara başlamışıq. Bu saziş deklarativ yox, iddialı və praktik olmalıdır. Bu təşəbbüs Qazaxıstan tərəfindən irəli sürülüb", - o bildirib.

Baş katib qeyd edib ki, o, TDT-nin üzvü olan bəzi dövlətlərin Avrasiya İqtisadi İttifaqının üzvü olması faktına hörmətlə yanaşır, lakin bu, Türk dünyasının iqtisadi inteqrasiyasının dərinləşməsinə mane olmamalıdır.

Xəbər lenti