IMG-LOGO

Ömuralıyev: Orta Dəhliz üzrə yükdaşımaların həcmi 2026-cı ildə 10 % artacaq

02 Apr 2026 12:49 4 baxış
IMG

Orta Dəhliz üzrə yükdaşımaların həcmi 2026-cı ildə 10 % artacaq.

"Report"un məlumatına görə, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuralıyev Bakıda TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.

"2025-ci ildə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 4,7 milyon tona çatıb və 2027-ci ilə qədər daha 10 % artacağı gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolu regional daşımaların təmin edilməsində artıq yüksək səmərəlilik nümayiş etdirib", - o bidirib.

O qeyd edib ki, liderlər müntəzəm fasiləsiz qatarların işə salınmasının, Zəngəzur dəhlizinin tam istifadəyə verilməsinin, eləcə də tranzit prosedurlarının rəqəmsallaşdırılması ilə bağlı məsələnin sürətləndirilməsinin təmin edilməsini tapşırıblar.

K.Ömuralıyevin sözlərinə görə, perspektivdə birgə logistika mərkəzlərinin və nəqliyyat şirkətlərinin yaradılması da daxil olmaqla Orta Dəhlizin infrastrukturunun inkişafı əsas prioritetlər olaraq qalır.

Digər istiqamətlər arasında o, Xəzər dənizində müasir gəmilərin inşası və istismarı üzrə xüsusi işçi qrupunun formalaşdırılmasını, həmçinin prioritet nəqliyyat-logistika layihələrinin maliyyələşdirilməsi üçün Türk İnvestisiya Fondunun resurslarından istifadə edilməsini qeyd edib.

Xəbər lenti