IMG-LOGO

"Aqrar Tədarük və Təchizat" ilk dəfə tibbi sığortaçı seçir

02 Apr 2026 12:45 3 baxış
IMG

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC əməkdaşları üçün ilk dəfə könüllü tibbi sığorta xidmətinin satın alınması üçün açıq tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar təkliflərini aprelin 22-nə qədər cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 1/3 ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 22-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Tender çərçivəsində "Aqrar Tədarük və Təchizat"ın 3 əməkdaşı və onların 6 ailə üzvünə "Gold" sığorta xidməti, 141 əməkdaşı və onların 49 ailə üzvü üçün isə "Silver" sığorta paketi satin alınacaq.

Xəbər lenti