IMG-LOGO

Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb

02 Apr 2026 14:18 3 baxış
IMG

Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,8 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbərən 7,15 %, son 1 ildə isə 17,1 % artıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət fevralın sonuna 1,7 %, ötən ilin sonuna 1,6 %, ötən il martın sonuna isə 1,6 % olub.

Xəbər lenti