IMG-LOGO

Rumıniyada Mirça Luçesku erası başa çatdı

02 Apr 2026 16:10 2 baxış
IMG
0 0

Rumıniya Futbol Federasiyası baş məşqçi Mirça Luçesku ilə yollarını ayırdığını açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanu açıqlamasında Luçeskuya təşəkkür edərək deyib: "Cənab Mirça Luçesku bu çağırışı qəbul etdi və Rumıniya üçün əlindən gələni etdi. Ehtirası və fədakarlığı ona hər kəsin hörmətini qazandırıb".

Burleanu həmçinin bildirib ki, Luçeskunun federasiya daxilində fərqli bir vəzifə tutması planlaşdırılır. Təcrübəli məşqçinin təcrübəsindən istifadənin davam etdiriləcəyi vurğulanıb.

Rumıniya 2026-cı il Dünya çempionatı Avropa pley-offun yarımfinalında Türkiyəyə 1-0 hesabı ilə uduzaraq turnirdə iştirak etmək şansını itirib. Bu nəticə həm də Luçeskunun dövrünə son qoyub.

İdman xəbərləri

Xəbər lenti