IMG-LOGO

"Liverpul" "Yuventus"un cinah oyunçusu Fransişku Konseysau ilə maraqlanır

02 Apr 2026 16:23 2 baxış
IMG

Portuqaliya millisinin futbolçusu Fransişku Konseysau karyerasını İngiltərədə davam etdirə bilər.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Liverpul" İtaliya təmsilçisi "Yuventus"da çıxış edən cinah oyunçusu ilə maraqlanır.

Mersisaydlılar 23 yaşlı vingeri mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşən Məhəmməd Salaha əvəzedici kimi görür.

Xatırladaq ki, mövsümün əvvəlində Turin təmsilçisinə keçən Fransişku Konseysau 34 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti