Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Nəsimi rayonunda yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilin eyvanında məişət tullantıları yanıb. Yanğın qısa müddətdə söndürülüb.
***
saat 16:26
Bakıda yaşayış binasında yanğın başlayıb.
Lent.az sosial şəbəkələrə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.
Yaşayış binasının sonuncu mərtəbəsində meydana gələn yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb edilib.
Əlavə məlumat veriləcək.
Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr