IMG-LOGO

Putin və Məhəmməd bin Salman Yaxın Şərqdə əməliyyatların dayandırılmasının vacibliyini bildiriblər

02 Apr 2026 17:06 4 baxış
IMG

Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Hər iki tərəfdən hərbi əməliyyatların tezliklə dayandırılmasının və bütün tərəflərin qanuni maraqları nəzərə alınmaqla münaqişənin uzunmüddətli həlli üçün siyasi-diplomatik səylərin fəallaşdırılmasının zəruriliyi vurğulanıb", - məlumatda bildirilib.

V.Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Yaxın Şərqdəki böhranın qlobal enerji təhlükəsizliyinə mənfi təsir göstərdiyini qeyd ediblər.

Onlar Yaxın Şərqdəki böhran fonunda neft bazarının sabitləşdirilməsi üzrə "OPEC+" çərçivəsindəki fəaliyyətin vacibliyini vurğulayıblar.

Tərəflər iki dövlət arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə ediblər.

Xəbər lenti