IMG-LOGO

Türkiyə meşə yanğınları ilə mübarizə üçün 14 yeni helikopter ayırıb

02 Apr 2026 18:51 3 baxış
IMG

Türkiyə meşə yanğınları ilə mübarizə üçün 14 yeni helikopter ayırıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında yazıb.

"Bu il hava donanmamıza 14 yeni helikopter əlavə edərək helikopter sayımızı 119-a, havadan suatma gücümüzü 462 tona çatdırdıq", - o bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə 28 təyyarə, 14 pilotsuz uçuş aparatı, 2 min 766 ilk müdaxilə vasitəsi, 1.953 yanğınsöndürən maşın və 878 iş texnikası ilə yanğınlarla daha səmərəli mübarizə aparacaq.

Xəbər lenti