IMG-LOGO

Tehranda 46 mindən çox bina hava hücumuna məruz qalıb

02 Apr 2026 19:46 3 baxış
IMG

ABŞ və İsrailin hava zərbələri nəticəsində fevralın 28-dən aprelin 2-dək İranın paytaxtı Tehranda 46 min 437 yaşayış və ticarət obyektinə ziyan dəyib.

"Report" xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinə istinadən "Khabar Fouri" məlumat yayıb.

"Ümumilikdə 117 min 239 mülki bina, vilayətlərdə 93 min 544 fərdi yaşayış evi, Tehranda 46 min 437 yaşayış və ticarət obyektinə ziyan dəyib", - məlumatda bildirilib və əlavə edilib ki, hava hücumuna məruz qalan binalar arasında 316 səhiyyə, müalicə və təcili yardım mərkəzi də var:

"763 məktəb, 18 Qızıl Aypara mərkəzi, 48 əməliyyat avtomobili, 3 xilasedici helikopter zədələnib".

Xəbər lenti