IMG-LOGO

Əraqçi filippinli həmkarına 34 günlük savaş barədə məlumat verib

02 Apr 2026 19:40 3 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi filippinli həmkarı Mariya Tereza Lazaro ilə telefon danışığı aparıb və Yaxın Şərqdəki gərginliyi müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında məlumat yayıb.

Lazaro Əraqçi ilə söhbət zamanı ABŞ və İsrailin hərbi hücumu zamanı Ali rəhbər (Əli Xamenei) və bir qrup İran rəsmisinin, eləcə də vətəndaşlarının ölümü ilə əlaqədar başsağlığı verib.

O, müharibənin tezliklə sona çatmasına və regionda dayanıqlı sülh, sabitliyin bərqərar olmasına ümid etdiyini bildirib.

Əraqçi filippinli həmkarına 34 günlük müharibə barədə məlumat verib və Hörmüz boğazının bloklanmasını ABŞ ilə İsrailin hücumları ilə əlaqələndirib:

"İran regiondakı gərginliyə baxmayaraq, düşmən olmayan ölkələrin üzən vasitələri və gəmilərinin təhlükəsiz hərəkətinə şərait yaradıb".

Xəbər lenti