IMG-LOGO

İspaniya La Liqasında ən yüksək maaş alan futbolçuların siyahısı açıqlanıb

02 Apr 2026 22:32 5 baxış
IMG

İspaniya La Liqasında ən yüksək maaş alan futbolçuların yeni siyahısı açıqlanıb.

"Report" "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, ən çox qazananlar arasında "Real"ın futbolçuları üstünlük təşkil edir.

Belə ki, Madrid təmsilçisinin hücumçuları Kilian Mbappe və Vinisius Junior siyahının zirvəsində qərarlaşıblar. Hər iki futbolçu ayda 2,67 milyon avro gəlir əldə edir.

"Kral klubu"nun digər üzvü David Alaba isə 1,88 milyon avro ilə üçüncü pillədə yer alıb.

Dördüncü sırada "Barselona"nın forvardı Robert Levandovski qərarlaşıb. Onun aylıq qazancı 1,73 milyon avrodur.

İlk "beşliy"i tamamlayan mövqedə iki futbolçu yer alıb. Bunlar "Real"ın yarımmüdafiəçisi Cud Bellinqem və "Atletiko"nun qapıçısı Yan Oblakdır. Hər iki oyunçu ayda 1,67 milyon avro qazanır.

Xəbər lenti