IMG-LOGO

Çempionlar Liqası: "Barselona"nın qadın komandası "Real"ı üstələyərək yarımfinala yüksəlib

02 Apr 2026 23:06 4 baxış
IMG

Qadınlar arasında UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İspaniya təmsilçisi "Barselona" "Real"ı mübarizədən kənarlaşdırıb.

"Report" xəbər verir ki, Kataloniya kollektivi "Kamp Nou"da "Kral klubu"nu 6 cavabsız qolla üstələyərək yarımfinala adlayıb.

Beləliklə, iki matçın nəticəsinə görə "Barselona" 12:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Barselona" yarımfinalda Almaniyanın "Bavariya" klubu ilə qarşılaşacaq.

Xəbər lenti