IMG-LOGO

SEPAH: Hörmüz boğazında ABŞ-nin qırıcı təyyarəsi vurulub

03 Apr 2026 00:46 4 baxış
IMG

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ-yə aid qırıcı təyyarəni məhv edib.

"Report" xəbər verir ki, bu barədə SEPAH-a istinadən ISNA məlumat yayıb.

"Düşmənin qabaqcıl bir qırıcısı Qeşmdə vurulub", - məlumatda bildirilib.

‌SEPAH Trampın dediyi kimi, İranın hava hücumundan müdafiə (HHM) sisteminin məhv olmadığını iddia edib və HHM sisteminin ABŞ ilə İsrail hücumlarının qarşısını almağa qadir olduğunu bildirib.

Vurulan təyyarənin Qeşm və Henqam adalarının arasındakı su hövzəsinə düşüb batdığı qeyd olunub. ‌

Xəbər lenti