IMG-LOGO

İran Dubayda "Oracle" məlumat mərkəzinə zərbə endirib

03 Apr 2026 01:43 3 baxış
IMG

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Dubayda Amerikaya məxsus "Oracle" şirkətinin məlumat mərkəzinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə korpusun "X" hesabında paylaşılıb.

"Biz iki Amerika şirkətinin - Dubayda Oracle və Bəhreyndə Amazon şirkətinin məlumat mərkəzlərinə zərbə endirdik. Biz əvvəllər xəbərdarlıq etmişdik ki, iranlıların qətlə yetirilməsinə cavab olaraq hərəkətlərimiz terror maşınını sıradan çıxarmağa yönələcək", - deyə bəyanatda bildirilib.

Bundan əvvəl İran Bəhreyndə "Amazon"un bulud hesablama mərkəzinə zərbə endirdiyi bildirib.

Xəbər lenti