IMG-LOGO

SEPAH "USS Abraham Linkoln" təyyarədaşıyan gəmisinə zərbələr endirdiyini bildirib

03 Apr 2026 02:15 2 baxış
IMG

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hind okeanının şimalında "USS Abraham Linkoln" təyyarədaşıyan gəmisinə zərbələr endirdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 91-ci zərbə dalğası olan "Əsl vəd 4" çərçivəsində İran qüvvələri ABŞ qırıcı təyyarələrinin uçuş mühəndisləri və pilotlarının BƏƏ-dəki yerləşmə məntəqəsinə, Küveytdəki "Əli əl-Salim" hava bazasındakı "MQ-1 Predator" pilotsuz təyyarə mövqelərinə hücum edib və həmçinin "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinə dörd "Qadr-380" qanadlı raketi atıb.

Xəbər lenti