IMG-LOGO

"Xəzər-Lada" səhmdarlarına dividend ödəyəcək

03 Apr 2026 09:00 5 baxış
IMG

Mayın 19-da, saat 12:00-da "Xəzər-Lada" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Xırdalan şəhərində - Bakı-Sumqayıt şossesinin 16-cı km-liyində olacaq.

Yığıncağın gündəliyinə şirkətin illik hesabatının və Təftiş Komisssiyasının illik aktının müzakirə edilməsi, müəssisənin Prezidentinin, İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş Komissiyasının yeni tərkibinin seçilməsi, dividend və mükafatların verilməsi, kənar auditorun təsdiq edilməsi məsələləri daxildir.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30 %-i Aleksandr Nikiforova, 29,8 %-i Lyudmila Nazarenkoya, 19,4 %-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,6 %-i Naməddin Qasımzadəyə, 8,2 %-i 147 fiziki şəxsə məxsusdur.

Xəbər lenti