IMG-LOGO

Ötən gün Beyləqanda avtoqəzada xəsarət alanlardan biri ölüb

03 Apr 2026 11:39 4 baxış
IMG

Beyləqanda aprelin 2-də baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan üç nəfərdən biri ölüb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, "Hyundai" markalı avtomobilin sürücüsü Xəqani Quliyev paytaxtdakı xəstəxanalardan birinə aparılarkən yolda ölüb.

Qeyd edək ki, ötən gün Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı Xəqani Quliyevin idarə etdiyi "Hyundai" markalı avtomobil idarə etmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan 2009-cu il təvəllüdlü Nahid Rüstəm oğlu Əliyev və Ömər Qədir oğlu Rüstəmzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Avtomobildə xəsarət alan digər yaralılardan Nahid Əliyevin Avrasiya Hospitalında, Ömər Rüstəmzadənin isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti