"Bakı Fond Birjası" QSC bu ilin yanvar-mart aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 10 820 585 896 manatlıq göstərici ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC başçılıq edir.
Növbəti yerlərdə 4 073 124 864 manatla "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, 2 468 125 324 manatla "CPM-İnvest İnvestisiya Şirkəti" QSC, 1 801 275 687 manatla "Unicapital İnvestisiya Şirkəti" ASC, 1 253 247 337 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 1 208 840 407 manatla "Assist Finance İnvestisiya şirkəti" ASC, 255 562 634 manatla "İnno Kapital İnvestisiya Şirkəti" QSC, 146 088 311 manatla "Capital Partners İnvestisiya Şirkəti" QSC, 125 766 254 manatla "Troni İnvestisiya Şirkəti" QSC, 36 097 305 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 16 247 285 manatla "MFX-Trading İnvestisiya Şirkəti" ASC, 7 134 059 manatla "CFI Financial İnvestisiya Şirkəti" QSC və 2 225 086 manatla "Xalq Bank" ASC qərarlaşıb.
№
İnvestisiya şirkətləri
Əməliyyatların dəyəri AZN
1
ABB-İnvest
10 820 585 896
2
Paşa Kapital
4 073 124 864
3
CPM-İnvest
2 468 125 324
4
Unicapital
1 801 275 687
5
İnvest-Az
1 253 247 337
6
Assist Finance
1 208 840 407
7
İnno
255 562 634
8
Capital Partners
146 088 311
9
Troni
125 766 254
10
Xalq Kapital
36 097 305
11
MFX-Trading
16 247 285
12
CFI Financial
7 134 059
13
Xalq Bank
2 225 086