ABŞ-ın İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində ölkənin ən hündür körpülərindən birinin dağılması hazırda dünyada ən çox danışılan mövzulardan biridir.
Fox News-un məlumatına görə, bu hadisədən sonra İran tərəfi ABŞ və onun müttəfiqlərinə qarşı sərt cavab veriləcəyi ilə bağlı hədələr yaymağa başlayıb.
Məlumata görə, Tehranın yaxınlığında yerləşən və ölkənin əsas nəqliyyat arteriyalarından sayılan körpü ABŞ tərəfindən həyata keçirilən zərbələr nəticəsində ciddi uçub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
ABŞ prezidenti Donald Tramp hücumdan sonra açıqlama verərək bunun yalnız başlanğıc olduğunu bildirib və İranın digər mühüm infrastrukturlarının da hədəf alına biləcəyini vurğulayıb.
İran isə bu hücumları mülki infrastruktura qarşı yönəlmiş addım kimi qiymətləndirərək sərt reaksiya verib. Rəsmi Tehranın bəyanatlarında ABŞ-ın müttəfiqlərinin də cavab tədbirlərinin hədəfinə çevrilə biləcəyi qeyd olunub. Xüsusilə Körfəz regionunda yerləşən bəzi ölkələrin strateji obyektlərinin potensial hədəf kimi göstərildiyi bildirilir.
İran ABŞ körpü hücumu hava zərbələri Donald Tramp Körfəz ölkələri təhdid münaqişə Yaxın Şərq geopolitika hərbi eskalasiya