IMG-LOGO

XİN dövlət katibi: Avropada enerji təchizatında ciddi çətinliklər yarananda Serbiya Azərbaycana güvənib

03 Apr 2026 12:52 3 baxış
IMG

Ukraynada baş verən müharibə fonunda Avropa ölkələrinin enerji təchizatında ciddi çətinliklər meydana çıxıb, belə bir şəraitdə Serbiya enerji tələbatının təmin edilməsində Azərbaycana güvənib.

Bunu Serbiya Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç "Report"un Balkan bürosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq, xüsusilə enerji sektoru baxımından Serbiya üçün, şübhəsiz ki, mühüm və strateji əhəmiyyət kəsb edir:

"Məlum olduğu kimi, Ukraynada baş verən müharibə fonunda Avropa ölkələrinin enerji təchizatında ciddi çətinliklər meydana çıxıb. Məhz belə bir şəraitdə ölkələrimiz arasında mövcud olan çox yaxın münasibətlər hesabına biz enerji tələbatımızın təmin edilməsində Azərbaycana güvəndik. Hazırda bu əməkdaşlıq uğurla inkişaf edir".

Dövlət katibi Azərbaycan və Serbiya arasında enerji sektorunun olduqca önəmli olduğunu, ancaq digər sahələrdə də müzakirələrin aparıldığını bildirib.

"Məsələn, imzalanmış qida təhlükəsizliyi üzrə memorandum Serbiyadan Azərbaycana ərzaq məhsullarının ixracı üçün yeni imkanlar açıb. Bununla belə, ticarətin digər istiqamətlərində də münasibətlərimizin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsinə ehtiyac var. Məsələn, müdafiə sənayesi sahəsində əməkdaşlıq uğurla inkişaf edir və bu sahədə əməkdaşlıqdan tam məmnunuq".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti