Azərbaycan Mərkəzi Bankı (AMB) "CİBPay" MMC ödəniş təşkilatının vəzifəli şəxsini cərimələyib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, maliyyə qurumu tənzimləyici quruma prudensial hesabatları yanlış təqdim edib. Odur ki, "CİBPay"in vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 manat cərimə edilib.