IMG-LOGO

Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri yaxın günlərdə nəşr üçün təhvil veriləcək

03 Apr 2026 17:03 4 baxış
IMG

Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri yaxın günlərdə nəşr üçün təhvil veriləcək.

Bu barədə "Report"a AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli məlumat verib.

Onun sözlərinə görə, bu gün proseslə əlaqəli iclas keçirilib, növbəti həftə də daha bir toplantının olması gözlənilir:

"Yəqin ki, növbəti həftədən artıq çap işi ilə bağlı yekun işlər həyata keçiriləcək. Lüğətlərin nəşr edilməsi isə artıq AMEA Rəyasət Heyətindən asılı məsələdir".

N.Məmmədli Orfoqrafiya Lüğətinin ilk dəfə dil korpusu əsasında hazırlandığını bildirib:

"Dil korpusu əsasında lüğətin hazırlanması heç bir Türk dövlətində olmayıb. Azərbaycan bunu ilk dəfə edir".

Xəbər lenti