IMG-LOGO

Sürücülərin nəzərinə - Bakıda bu küçə bağlanacaq

03 Apr 2026 22:04 3 baxış
IMG
0 0

3 aprel saat 22:00-dan 4 aprel saat 07:00-dək Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan hissədə təmir işləri icra olunacaq. Bu səbəbdən ərazidə hərəkət məhdudlaşdırılacaq.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

küçə AAYDA

Xəbər lenti