IMG-LOGO

İran ABŞ-nin atəşkəs təklifini rədd edib

04 Apr 2026 00:04 3 baxış
IMG

ABŞ aprelin 2-də vasitəçi vasitəsilə İrana döyüşləri iki gün müddətinə dayandırmağı təklif edib, lakin Tehran buna hücumların intensivliyini artırmaqla cavab verib.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun atəşkəs təşəbbüsü İranın hərbi potensialının yanlış qiymətləndirilməsi nəticəsində ABŞ Silahlı Qüvvələri üçün ciddi problemlər yarandıqdan sonra irəli sürülüb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti