IMG-LOGO

Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər

03 Apr 2026 23:44 3 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında paylaşım edib.

Nazir qeyd edib ki, söhbət zamanı ABŞ və İsrailin İrana qarşı hücumları müzakirə edilib, həmçinin ən son regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Xəbər lenti