Amerikalı demokrat senator Kris Kuns bildirib ki, İranla müharibə fonunda Pentaqonda bir sıra generalların vəzifədən azad edilməsi narahatlıq doğurur.
"Report" xəbər verir ki, senator bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Ali hərbi rəhbərlik arasındakı bu təmizləmə hər bir amerikalını narahat etməlidir", - o qeyd edib.
Senatorun sözlərinə görə, münaqişənin başa çatdırılması üçün dəqiq strategiyanın olmadığı bir şəraitdə təcrübəli rəhbərlik xüsusilə vacibdir.
Kuns həmçinin ABŞ Prezidenti Donald Trampı və müdafiə naziri Pit Heqseti tənqid edərək bildirib ki, onlar yüksəkrütbəli zabitləri "əsaslı səbəblər olmadan" işdən çıxarırlar.