Slovakiya xarici işlər naziri Yuray Blanar Hörmüz boğazının bloklanması fonunda "Dostluq" neft kəmərinin Mərkəzi Avropa üçün əhəmiyyətini vurğulayıb.
"Report" xəbər verir ki, bu barədə TASR məlumat yayıb.
"Dostluq" neft kəmərinin Mərkəzi Avropa üçün necə son dərəcə mühüm əhəmiyyətə malik olduğu görünür. Hökumətimiz idxal etmək hüququna malik olduğumuz neftin axınını bərpa etmək üçün bütün addımları atır", - o bildirib.
Qeyd olunub ki, Ukrayna ərazisindən keçən boru kəməri ilə neft tədarükü yanvarın 27-də dayandırılıb və bununla əlaqədar Slovakiyada böhran vəziyyəti rejimi tətbiq edilib.
Blanar həmçinin bildirib ki, Bratislava ABŞ və İsrailin İrana zərbələrini, eləcə də ardınca baş verən İran hücumlarını pisləyir.
Onun sözlərinə görə, Hörmüz boğazının bağlanmasının Slovakiyanın enerji sabitliyi də daxil olmaqla, qlobal nəticələri olacaq.
Bundan əlavə, ölkə boğazda gəmiçiliklə bağlı vəziyyəti sabitləşdirmək çağırışı ilə çıxış edən bir sıra dövlətlərin bəyanatına qoşulub.