IMG-LOGO

WSJ: İrana qarşı əməliyyatın başlanğıcından bəri 365 ABŞ hərbçisi yaralanıb

04 Apr 2026 05:10 4 baxış
IMG

ABŞ-nin İrana qarşı keçirdiyi "Epik qəzəb" əməliyyatı başlayandan bəri 365 amerikalı hərbi qulluqçu yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti Pentaqona istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, xəsarət alanlar arasında ABŞ Quru Qoşunlarının 247, Hərbi Dəniz Qüvvələrinin (HDQ) 63, Hərbi Hava Qüvvələrinin (HHQ) 36 və dəniz piyadalarının 19 hərbi qulluqçusu var.

Daha əvvəl əməliyyat zamanı 13 ABŞ hərbçisinin həlak olduğu bildirilmişdi.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Xəbər lenti