IMG-LOGO

Bursada mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 12 nəfər xəsarət alıb

04 Apr 2026 08:53 4 baxış
IMG

Türkiyənin Bursa şəhərində sərnişin daşıyan mikroavtobus aşıb.

"Report" bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, hadisə İznik-Orhangazi magistralında baş verib. İdarəetmədən çıxan mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər lenti