IMG-LOGO

"Liverpul" Jül Kunde üçün 80 milyon avro ödəməyə hazırdır

04 Apr 2026 10:20 4 baxış
IMG

"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə "Liverpul", "Mançester Siti" və "Çelsi" yaxından maraqlanır.

"Mersisaydlılar" fransalı müdafiəçi üçün təxminən 80 milyon avro ödəməyə hazırdırlar. Kataloniya təmsilçisi Kundenin ayrılacağı təqdirdə ya Joau Kanselu ilə müqaviləni yeniləməyi, ya da "Yuventus"un müdafiəçisi Andrea Kambyazonu transfer etməyi planlaşdırırlar.

Qeyd edək ki, 2022-ci ildən "Barselona"da çıxış edən Kundenin klubla müqaviləsi 2030-cu ilin yayına qədərdir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 40 matça çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti