IMG-LOGO

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin təqvimi müəyyənləşib

04 Apr 2026 11:52 6 baxış
IMG

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə aprelin 7-də start veriləcək.

"Report"un məlumatına görə, finala vəsiqə uğrunda "Murov Az Terminal", "Xilasedici", "Ordu" və "Neftçi" komandaları mübarizə aparacaqlar.

Aprelin 7-də saat 16:00-da "Murov Az Terminal" "Xilasedici" ilə qarşılşacaq. Saat 18:00-da isə "Ordu" "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Komandalar arasında ikinci görüşlər isə aprelin 14-də baş tutacaq.

Yarımfinalın bütün matçları Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında təşkil olunacaq.

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsinin görüşləri ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. İki oyunun nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq.

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Xəbər lenti