IMG-LOGO

Azərbaycan manatının dövretmə sürəti azalıb

04 Apr 2026 11:38 5 baxış
IMG

Bu il martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,83 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə 0,37 bənd, ötən il martın 1-nə nisbətən isə 0,4 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Xəbər lenti