IMG-LOGO

45 yaşadək kişilərin ölkədən çıxışına MƏHDUDİYYƏT

04 Apr 2026 11:59 5 baxış
IMG
1 0

Almaniyada 17–45 yaş arası bütün kişilər artıq ölkəni üç aydan artıq müddətə tərk etmək istədikdə Bundesver-dən icazə almalıdır.

Lent.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” məlumat yayıb.

Məlumata görə, hərbi xidmətin modernləşdirilməsi ilə bağlı qanuna edilən dəyişiklik 1 yanvar 2026-cı ildən qüvvəyə minib, lakin bu yenilik geniş diqqət çəkməyib.

Almaniya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu tənzimləmənin əsas məqsədi fövqəladə hallarda resursların daha effektiv şəkildə toplanmasını təmin etməkdir: “Belə vəziyyətlərdə uzun müddət xaricdə ola biləcək şəxslər haqqında məlumatlı olmağımız vacibdir”.

Qanuna əsasən, Almaniya hakimiyyəti vətəndaşın ölkədən çıxışına qadağa qoya bilməz, lakin Bundesver-in bu barədə əvvəlcədən məlumatlandırılması tələb olunur. Bununla belə, əgər şəxs uzunmüddətli səfər barədə məlumat verməzsə, hansı hüquqi nəticələrlə üzləşəcəyi qanunda dəqiq göstərilməyib.

Almaniya ölkədən çıxmaq

Xəbər lenti