IMG-LOGO

Paşinyan seçkilərə hazırlaşır: "Vətəndaş müqaviləsi" qurultayının gündəliyi açıqlanıb

04 Apr 2026 12:45 5 baxış
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının 8-ci növbədənkənar qurultayının gündəliyini açıqlayıb.

"Report" xəbər verir ki, o bu barədə özünün "Facebook" səhifəsində bildirib.

Məlumata görə, açıq səsverməyə üç əsas məsələ çıxarılacaq: partiyanın seçki siyahısını təsdiqləmək və Ermənistan parlamentinə keçiriləcək seçkilərə (7 iyun 2026-cı il) irəli sürmək; idarə heyətinin sədri Nikol Paşinyanı partiyanın Ermənistanın Baş naziri postuna namizədi kimi təsdiqləmək; Ermənistan parlamentinə keçiriləcək seçkilər üçün partiyanın seçkiqabağı proqramını təsdiq etmək.

İclasın əvvəlində, həmçinin açıq səsvermə yolu ilə qurultayın sədrinin və katiblərinin seçilməsi planlaşdırılır.

Xəbər lenti