IMG-LOGO

ABŞ və İsrail İranın cənub-qərbindəki neft-kimya obyektlərinə zərbə endirib - YENİLƏNİB

04 Apr 2026 12:33 4 baxış
IMG

ABŞ və İsrailin İranın cənub-qərbində yerləşən Xuzestan əyalətinin Mahşəhr limanındakı İmam Xomeyni adına neft-kimya kompleksinə və xüsusi neft-kimya zonasının ərazisinə hücumları nəticəsində ən azı beş nəfər zərər çəkib.

"Report"un məlumatına görə, bu barədə "Mehr" agentliyi xəbər verir.

"İsrail-Amerika hücumu nəticəsində Mahşəhrın neft-kimya zonasına və İmam Xomeyni adına limana edilən hücumda 5 nəfər yaralanıb", - məlumatda deyilir.

Həmçinin bildirilir ki, İmam Xomeyni adına neft-kimya kompleksinə edilən hücum nəticəsində onun ayrı-ayrı hissələri zədələnib.

Isna agentliyi öz növbəsində ABŞ və İsrailin Xuzestan əyalətinin Xorrəmşəhr şəhərindəki "Şalamçe" sərhəd ticarət terminalına endirdiyi zərbələr barədə məlumat verir ki, bu da obyektə ciddi ziyan vurub.

12:16

ABŞ və İsrail İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Mahşəhr limanındakı xüsusi neft-kimya zonasının ərazisinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə İran KİV-i Xuzistan administrasiyasına istinadən məlumat yayıb.

Azı üç zərbənin endirildiyi qeyd olunub.

"Mahşəhrə hava hücumu nəticəsində "Fajr-1" və "Fajr-2" neft-kimya şirkətləri, həmçinin "Rajal" və "Amir Kabir" müəssisələri zərər çəkib", - məlumatda bildirilib.

Mülki şəxslər arasında ölənlər və yaralananların olma ehtimalının yüksək olduğu qeyd edilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti