IMG-LOGO

Azərbaycan banklarının xalis xarici aktivləri 7 % azalıb

04 Apr 2026 13:10 5 baxış
IMG

Bu ilin martın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 516,7 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,5 % az, ilin əvvəli ilə müqayisədə 2,6 % çox, 2025-ci il martın 1-nə nisbətən isə 7,1 % azdır.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 22 milyard 599,3 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 4,9 % çox, ilin əvvəli ilə müqayisədə 5,9 % az, ötən il martın 1-nə nisbətən isə 24,6 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 57 milyard 132,8 milyon manat olan 22 bank fəaliyyət göstərir.

Xəbər lenti