IMG-LOGO

Stadiona o qədər adam gəldi ki, tribuna çökdü: ölən və yaralılar var

04 Apr 2026 14:48 3 baxış
IMG
2 1

Perunun paytaxtı Lima şəhərində stadion tribunası futbol azarkeşlərinin altında çöküb. Nəticədə onlarla insan xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə “Estadio Alejandro Villanueva” stadionunda baş verib. “Alianza Lima” və “Universitario” komandalarının oyununu izləmək üçün minlərlə azarkeş stadiona toplaşıb. Marağın çox yüksək olması səbəbindən azarkeşlərin sayı hələ oyun başlamazdan əvvəl stadionun tutumundan çox olub.

Nəticədə sıxlıq yaranıb, daha sonra isə tribunaların bir hissəsi azarkeşlərin ağırlığı altında çöküb. Hadisə nəticəsində bir nəfər ölüb, 47 nəfər xəsarət alıb.

Hadisədən sonra oyun təhlükəsizlik səbəbindən dərhal dayandırılıb və rəsmi olaraq ləğv edilib.

İdman xəbərləri

Xəbər lenti