IMG-LOGO

Ermənistan Azərbaycana bu məhsulları ixrac edə bilər

04 Apr 2026 16:28 3 baxış
IMG
0 0

Azərbaycan Ermənistandan alüminium folqa idxal edə bilər.

Lent.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, konkret olaraq alüminium folqa ilə bağlı müraciət olub:

“Azərbaycan tərəfi müəyyən qalınlıqda folqaya maraq göstərərək qiymət, həcm və çatdırılma müddəti barədə sorğu göndərib. Ermənistan istehsalçısı bu məlumatları təqdim etsə də, hələlik qarşı tərəfdən cavab alınmayıb”.

Gevorq Papoyan

Ermənistan Azərbaycan alüminium folqa

Xəbər lenti