IMG-LOGO

Rusiya İranın "Buşehr" AES-də çalışan mütəxəssislərinin təxliyəsinə başlayıb

04 Apr 2026 17:55 4 baxış
IMG

İranın "Buşehr" Atom Elektrik Stansiyasına yaxın əraziyə mərmi düşdükdən sonra Rusiya orada çalışan mütəxəssislərinin təxliyəsinə başlayıb.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə əsasən, bunu "Rosatom"un rəhbəri Aleksey Lixaçov bildirib.

Onun sözlərinə görə, zərbədən 20 dəqiqə sonra təxliyə başlayıb:

"Salonunda 198 nəfər olan avtobuslar İran-Ermənistan sərhədinə yönəlib. Bu ən böyük təxliyə dalğasıdır".

A.Lixaçov ümid edir ki, rusiyalı mütəxəssislər 2-3 günə İranın ərazisindən çıxıb öz evlərində olacaqlar.

"Rosatom" rəhbəri bildirib ki, marşrutun təhlükəsizliyini təmin etmək üçün bu barədə məlumat ABŞ və İsrailin müvafiq orqanlarına verilib.

Qeyd edək ki, şənbə günü "Buşehr" AES-in yaxınlığında mərmi partlayıb. Bundan əvvəl bu ərazi üç dəfə - martın 17, 24 və 27-də atışı tutulub.

Xəbər lenti