IMG-LOGO

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsi: NTD "Sumqayıt"ı məğlub edib

04 Apr 2026 17:42 5 baxış
IMG

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ilk oyunları çərçivəsində növbəti görüş baş tutub.

"Report"un məlumatına görə, NTD "Sumqayıt"ı məğlub edib.

Bakı İdman Sarayında keçirilən qarşılaşma paytaxt təmsilçisinin 121:107 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, daha əvvəl baş tutan matçlarda "Naxçıvan" "Sərhədçi"ni (98:87), "Şəki" "Quba"nı (101:89), "Gəncə" "Lənkəran"ı ( 91:55) üstələyib. Komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.

Xəbər lenti