IMG-LOGO

Azərbaycanda nağdsız ödənişlər il ərzində 15 % artıb

04 Apr 2026 17:26 3 baxış
IMG

Bu ilin fevral ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 15 % artaraq 8 milyard 200 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,171 milyard manatı (87,5 %-i) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 26 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,7 %-ni təşkil edib.

Bu il martın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 347 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 0,9 %, ilin əvvəli ilə müqayisədə 1,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 12,8 % artaraq 20,275 milyon, kredit kartlarının sayı isə 8,5 % azalaraq 2,072 milyon olub. Fevralda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 11,566 milyard manat (illik müqayisədə 13,6 % çox) və 639 milyon manat (19,6 % az) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 7 %, POS-terminalların sayı isə 49,1 % artaraq müvafiq olaraq 3 593 ədəd (Bakı üzrə 1 935 ədəd) və 185 361 ədəd (Bakı üzrə 115 670 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

Xəbər lenti