IMG-LOGO

Georgi Kondruseviç: "Geniş heyətə malik rəqiblərlə mübarizə bizim üçün çətindir"

04 Apr 2026 17:23 4 baxış
IMG

"Lənkəran" basketbol klubu geniş heyətə malik rəqiblərlə mübarizə aparmaqda çətinlik çəkir.

"Report" xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında baş məşqçi Georgi Kondruseviç deyib.

Mütəxəssis Azərbaycan Basketbol Liqasının "Pley-inn" mərhələsində "Gəncə"yə qarşı keçirilən ilk oyunu dəyərləndirib.

"Düzünü desəm, nə deyəcəyimi bilmirəm. Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Onların oyunlarını daha da yaxşılaşdırmaq üçün kifayət qədər geniş ehtiyat qüvvələri var idi. Heyəti bu qədər geniş olan rəqiblə rəqabət aparmaq bizim üçün çətindir. Bu qarşılaşmada da biz qeyri-sabit oyun nümayiş etdirdik", - o bildirib.

Qeyd edək ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan qarşılaşmada ev sahibləri 91:55 hesablı qələbə qazanıblar.

Xəbər lenti