IMG-LOGO

Brunu Fernandeş Premyer Liqada ayın oyunçusu seçilməklə Ronaldunun rekorduna şərik olub

04 Apr 2026 17:13 4 baxış
IMG

"Mançester Yunayted"in kapitanı Brunu Fernandeş İngiltərə Premyer Liqasında ayın oyunçusu seçilməklə həmyerlisi Kriştianu Ronaldunun rekorduna şərik olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi mart ayında keçirdiyi 4 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalaraq karyerasında 6-cı dəfə bu mükafata layiq görülüb.

Fernandeş səsvermədə Ceyms Qarner, Morqan Gibbs-Uayt, Entoni Qordon, Aleks İvobi, David Raya və Denni Uelbeki qabaqlayıb. Premyer Liqa tarixində yalnız üç futbolçu - Serxio Aquero, Harri Keyn və Məhəmməd Salah bu mükafatı Fernandeşdən daha çox qazanıb.

Qeyd edək ki, Ronaldu 6-cı "Ayın oyunçusu" titulunu 2022-ci ilin aprelində, "Mançester Yunayted"dəki ikinci dönəmində qazanmışdı.

Xəbər lenti