IMG-LOGO

Avropa Kubokunda qızıl medal qazanan Rza Xəlilli: "Yarışa yüksək səviyyədə hazırlaşmışdım"

04 Apr 2026 19:33 3 baxış
IMG

Azərbaycanın yeniyetmə cüdoçusu Rza Xəlilli (55 kq) Gəncədə keçirilən Avropa Kubokuna yüksək səviyyədə hazırlaşıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşına açıqlama verən idmançı qızıl medal qazandığı turnirlə bağlı fikirlərini bölüşüb.

R.Xəlilli Avropa Kubokunda təşkilatçılığın da çox yaxşı olduğunu söyləyib:

"Yeniyetmələrdən ibarət yığmanın üzvüyəm. Özüm qızıl mükafat qazanacağımı düşünürdüm".

Cüdoçu gələcək planlarından da bəhs edib: "Almaniyanın paytaxtı Berlində də Avropa Kuboku keçiriləcək. Orada da qızıl medal qazanmaq niyyətindəyəm".

Qeyd edək ki, Avropa Kuboku aprelin 5-də başa çatacaq. Azərbaycan təmsilçiləri ilk gündə 13 medal qazanıblar.

Xəbər lenti