IMG-LOGO

İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib

04 Apr 2026 20:56 3 baxış
IMG

İraq Hörmüz boğazından keçidlə əlaqədar tətbiq edilən məhdudiyyətlərdən azad olunub.

"Report" "Al Alam" telekanalına istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının bəyanatında bildirilib.

"Qardaş İraq Hörmüz boğazı ilə bağlı tətbiq edilən məhdudiyyətlərdən azad edilib", - məlumatda qeyd olunub.

Bildirilib ki, məhdudiyyətlər yalnız düşmən ölkələrə şamil edilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, İran qüvvələri Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti