IMG-LOGO

La Liqa: "Barselona" "Atletiko"nu məğlub edib

05 Apr 2026 01:42 7 baxış
IMG

"Barselona" La Liqanın XXX turunun matçında "Atletiko"nu 2:1 hesabı ilə məğlub edib.

"Report"un məlumatına görə, oyun Madriddə baş tutub.

Qələbə qollarını Markus Reşford (42) və Robert Levandovski (87) vurub. Meydan sahiblərinin yeganə qolunu isə Culiano Simeone (39) vurub. İlk hissənin əlavə vaxtında Niko Qonzales meydandan qovulduqdan sonra "Atletiko" 10 nəfərlə azlıqda qalıb.

"Barselona" ardıcıl altıncı qələbəsini qazanıb, liqanın turnir cədvəlinə 76 xalla başçılıq edir və "Real Madrid"dən xal fərqini 7-yə çatdırıb. Öz növbəsində Madrid klubu bu turda "Malyorka"ya 2:1 hesabı ilə məğlub olub. "Atletiko" 57 xalla 4-cü yerdədir.

"Barselona" növbəti turda "Espanyol"u qəbul edəcək, "Atletiko" isə səfərdə "Sevilya" ilə qarşılaşacaq. Oyunlar aprelin 11-də keçiriləcək. Aprelin 8-də komandalar UEFA Çempionlar Liqasının ¼ finalının ilk oyununda qarşılaşacaqlar.

Xəbər lenti