Avstraliyada güclü zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Adelaida şəhərindən təxminən 1253 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
Avstraliya zəlzələ