İngiltərə Premyer Liqasının lideri "Arsenal" Kubokun 1/4 finalında Çempionşip təmsilçisi "Sauthemqton"a 2:1 hesabı ilə məğlub olub.
"Report"un məlumatına görə, qonaqların qələbə qollarını Ross Stüart (35-ci dəqiqə) və Şi Çarlz (85-ci dəqiqə) vurublar. "Arsenal"ın heyətində Viktor Dyökereş (68-ci dəqiqə) fərqlənib.
Bu mərhələdəki digər matçlarda "Mançester Siti" "Liverpul"u 4:0, "Çelsi" isə "Port Veyl"i 7:0 hesabı ilə darmadağın edib.
5 apreldə "Vest Hem" 1/4 finalda "Lids"i qəbul edəcək.
İngiltərə Kuboku 1871-ci ildən keçirilir, "Arsenal" ən çox titul (14) üzrə rekordçu olaraq qalır. Ötən mövsüm "Kristal Pelas" tarixdə ilk dəfə kuboku qazanıb.